Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyan deputatlarını bu gün Azərbaycana göndərir

Baxılıb: 545     Tarix: 29-03-2019 13:51   

Bu gün Ermənistanın hakim Mənim Addımım Blokundan olan deputatlar Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər edəcəklər.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Səfər tarixinin qəsdən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Vyana görüşü günü seçildiyi və bununla deputatların guya birlik nümayiş etdirmək istədiyi bildirilib.
Qarabağa gələcək nümayəndə heyətinə parlamentin vitse-spikeri Lena Nəzəryanın rəhbərlik edəcəyi bildirilib. Nümayəndə heyətinin tərkibində Mənim Addımım Blokundan olan parlament komissiyalarının liderləri, eləcə də parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvlərinin yer alacağı vurğulanıb. Səfər zamanı deputatların qondarma rejimin “parlamenti”ndə görüşlər keçirməsi nəzərdə tutulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar