Azərbaycanlılar Barselonaya toplaşırlar – Ermənilərə qarşı mitinq keçiriləcək
Baxılıb: 644 Tarix: 31-03-2019 17:15
İspaniyada yaşayan azərbaycanlılar Barselonaya toplaşırlar. Bu gün İspaniya vaxtı ilə saat 17:00-da Barselonada ermənilərə qarşı mitinq keçiriləcək.
Hazırda bir qrup soydaşımız bu şəhərə doğru yola düşüb. Onlar əllərində bayraqlarla mitinqin keçiriləcəyi şəhərə doğru yol alıblar.
Səbəb isə 31 Mart azərbaycanlıların soyqırım günündə ermənilərin Barselonada qondarma respublika elan etdikləri “Artsax” adında konsert keçirməsidir.
Bununla bağlı musavat.com-a məlumat verən Müsavat Partiyasının üzvü, Milli Azadlıq Hərəkatının fəallarından biri, siyasi mühacir Saleh Aqşin 1 saat sonra Barselona şəhərinə çatacaqlarını və müxtəlif şəhərlərdən olan azərbaycanlıların bir araya gələcəyini bildirdi: “Bu gün- 31 Mart soyqırım günündə İspaniyanın Barselona şəhərində yerli vaxtla saat 17:00-da ermənilər qondarma “Artsax” adında konsert keçirirlər. Bu konserti qəsdən soyqırım gününə təyin ediblər. Biz – Fransada və İspaniyada yaşayan azərbaycanlılar buna etiraz olaraq hazırda Barselonaya gedirik. Artıq 1 saata Barselonaya çatacağıq. Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assambleyasının rəhbəri Fərdi Mustafayev də bizimlədir. İspaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar da İspaniyaya gələcək. Biz ermənilərin təşkil etdiyi konsertə qarşı bir etiraz mitinqi keçirəcəyik”.

Ən çox oxunanlar
Son xəbərlər