Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İlham Əliyev Dünya Bankının prezidentini təbrik etdi

Baxılıb: 552     Tarix: 08-04-2019 16:38   

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Prezidenti cənab Devid Malpassa təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.
Ümidvaram ki, Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar