"Qarabağ məsələsində Azərbaycanın mövqeyi güclənib"
Baxılıb: 913 Tarix: 09-04-2019 14:39
"Azərbaycanın 1 ildə dövlət büdcəsinin artımı 2.8 milyard dollardır. Qonşu işğalçı Ermənistanın illik büdcəsi 2.8 milyard dollardır. Yəni Azərbaycanın sosial iqtisadi inkişafı cənab Prezidentin apardığı siyasətin ana xəttidir".
Qanunvehedef.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Deputat söyləyib ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf görə bilərik. Regionların sosial iqtisadi inkişafı ilə bağlı III Dövlət Proqramı yerinə yetirilib, IV Dövlət Proqram yüksək göstəricilərlə qəbul edilib.
A. Mirzəzadə deyib ki, Azərbaycanın xarici siyasətlə bağlı uğurları göz qarşısındadır: "Avropa Parlamenti, Avropa Birliyinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı öz bəyanatlarını verdilər. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib. Azərbaycanın principal mövqeyi Ermənistan tərəfindən də qəbul olunur. Onların səylərinə baxmayaraq, danışıqlar Azərbaycan və Ermənistan arasında aparılacaq".
Deputat qeyd edib ki, bu ildən başlayaraq, həm müxtəlif struktur islahatlarının keçirilməsi, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir–birinin ardınca çox möhtəşəm proqramların qəbul edilməsi, cənab Prezidentin dövlət başçısı, lider kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini göstərir: "Bu günlərdə Azərbaycanın 10 milyonuncu sakininin anadan olması eyni zamanda ölkəmizin sosial inkişafının vətəndaşlarımızın öz ölkəsinə bağlılığını göstərir. Bir illik yubiley münsaibətilə cənab Prezidenti təbrik edir, Ona uğurlar arzu edir və bildirirəm ki, Onun rəhbərliyi Azərbaycan üçün həmişə uğur vəd edir".

Ən çox oxunanlar
Son xəbərlər