Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Matviyenko Bakıda: Maraqlar nərəzə alınmalıdır...

Baxılıb: 766     Tarix: 12-04-2019 16:21   

Keçən il sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib. Bu, ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Həmin səfər zamanı imzalanmış 15 mühüm sənəd 2024-cü ilə qədər olan dövrdə qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün perspektiv imkanlar yaradıb. Bir məqam çox vacibdir ki, qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı hörmətə, dostluğa əsaslanır və qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur. Bu, strateji tərəfdaşlar səviyyəsinə çatmış digər dövlətlər üçün qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri nümunəsidir.
Qanunvehedef.az xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenko bu fikri aprelin 12-də jurnalistlərə müsahibəsində söyləyib.
Valentina Matviyenko ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafından söhbət açaraq qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə münasibətlərin inkişafına çox böyük töhfə verir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar