Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Mərkəzi Seçki Komissiyası ləğv olunmalıdır” – “Seçkini DİN keçirsin…”

Baxılıb: 612     Tarix: 27-04-2019 08:20   
“Düşünürəm ki, Mərkəzi Seçki Komissiyasının ləğvi struktur islahatlarının növbəti mərhələsində müzakirə mövzusu ola bilər. Zənnimcə olmalıdır da”.
 Qanunvehedef.az-ın məlumatına görə, belə bir təkliflə sabiq deputat Alqış Musayev çıxış edib.
Onun fikrincə, MSK ləğv olunmalı, seçkini keçirmək səlahiyyəti Daxili İşlər və ya Ədliyyə nazirliyinə verilməlidir. “Düzdür, müstəqilliyin ilk illərində belə bir qurumun yaradılmasına xüsusi ehtiyac vardı. Zamanında yaranmış bu zərurəti heç kim inkar etmir. Artıq o vaxtdan 27 il keçib.
Etiraf etmək lazımdır ki, hazırda bu təsisat həm məzmunca, həm də prinsipcə dəbdən düşüb və köhnəlibdir. Bu həqiqətdir ki, MSK formaca sovetdən qalma bir formatdır.
Digər tərəfdən, seçki prosesi bir hüquqi prosesdir. Nəyə görə belə bir hüquqi prosesə nəzarəti bu prosesi udmaqda maraqlı olan siyasi partiyalar həyata keçirməlidir?
Bu baxımdan MSK-nın siyasi partiyaların nümayəndələri hesabına formalaşması özü də ədalətli deyil. Məhz bu səbəblərə görə MSK- nın ləğv edilib, səlahiyyətlərinin ya Daxili İşlər, ya da Ədliyyə Nazirliyinin müvafiq strukturlarından birinə verilməsi daha düzgün və məqsədəuyğun olardı…”
V.Nəsibov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar