Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məhərrəm Əliyev Özbəkistanda rəsmi səfərdə –

Baxılıb: 795     Tarix: 30-04-2019 09:24   
Azərbaycanla Özbəkistan arasında Ədliyyə sahəsində əməkdaşlıq müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Özbəkistanın Ədliyyə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə Daşkənddə keçirilən “Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumuna qatılıb.
Səfər çərçivəsində Azərbaycandan iştirak edən nümayəndə heyətinin rəhbəri, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Özbəkistan Respublikasının ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.
Görüşdə Ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri istiqamətində geniş müzakirələr aparılıb. Özbəkistan ədliyyə naziri R.Davletovun Azərbaycana rəsmi səfəri ilə bağlı Azərbaycanın ədliyyə naziri, birinci dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun dəvəti qarşı tərəfə çatdırılıb.
Dəvətə görə təşəkkür edən Ruslanbek Davletov münasib bir vaxtda Azərbaycana rəsmi səfərinin reallaşacağına ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ərtafinda da fikir mübadiləsi və müzakirələr aparılıb.шаблоны для dle 11.2