Mehriban Əliyeva tarixi bina ilə bağlı məsələni nəzarətə götürdü
Baxılıb: 769 Tarix: 08-05-2019 08:38

Bu barədə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz İnstagram səhifəsində yazıb.
M. Əliyeva qeyd edib ki, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır.
“Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür. Axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq”, – deyə, M. Əliyeva yazıb.
Qeyd edək ki, son günlər sosial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə “Salaam Cinema”nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılıb.
Ən çox oxunanlar
Son xəbərlər