Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yalanın üstü açıldı: Moskva İrəvana Su-30 vermir – Sensasiya

Baxılıb: 668     Tarix: 13-05-2019 13:20   

Rusiya Su-30-ları Ermənistana yox, Ermənistandakı Rusiya bazasına tədarük edir.
Qanunvehedef.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Perenciyev deyib.
“Söhbət alışdan yox, Ermənistandakı Rusiya aviabazasının silahlandırılmasından gedir. Hələlik Ermənistana qırıcı satışı haqqında heç bir söhbət yoxdur. Mən bu məlumatların haradan yayıldığını bilmirəm. Yeri gəlmişkən, bu, Azərbaycanda narahatlığa səbəb olur. Yenə də deyirəm ki, Su-30 qırıcıları Ermənistana yox, buradakı Rusiya aviabazasına tədarük edilir. Mən Ermənistan müdafiə nazirinin bəyanatından xəbərdaram, amma o, arzularını həqiqət kimi qələmə verir. Aydındır ki, bu, Ermənistanda yaxşı səslənir, hər kəs nazirə inanır, amma mən Rusiyadayam və bilirəm ki, bu, sadəcə, Türkiyənin Su-57 qırıcılarını almağa hazırlaşması ilə bağlı verdiyi bəyanat kimi səsləndirilən sözlərdir. Heç kim nə Türkiyəyə, nə Ermənistana, nə də başqa kiməsə qırıcı satmağa hazırlaşmır”, – deyə o bildirib.
O, Rusiyanın Azərbaycana və Ermənistana silah satmamaq barədə qərarının olduğunu deyib:“Bunun tam qadağan olunduğunu deyə bilmərəm, amma bu, hələlik dondurulub. Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz onlara hava hücumundan müdafiə sistemləri təqdim edə bilərik. Burada heç bir problem yoxdur. Hücum xarakterli silahı isə biz nə Azərbaycan, nə də Ermənistana tədarük edəcəyik. Bu, hərbi-siyasi yanaşmadır”.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri David Tonoyan və Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Rusiyadan 4 ədəd Su-30CM təyyarəsi alınacağını bəyan ediblər. İrəvan hətta bununla bağlı ilkin ödənişi də etdiyini bildirib.шаблоны для dle 11.2