Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qanı bizdən olan bu satqınlar... - Deputat

Baxılıb: 568     Tarix: 14-05-2019 13:38   

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatları gözü götürməyənlər hər vəchlə buna qarşı çıxmağa çalışırlar.
Bu sözləri millət vəkili Aydın Hüseynov mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya həyata keçirmək cəhdi barədə danışarkən deyib. O, həmin şəxslərin milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumda olduqlarını bildirib:
“Ölkəmizdə hər sahədə sabitlik hökm sürür. Bu gün Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə böyük sosial tədbirlər həyata keçirilir. Bütövlükdə ölkə Prezidentinin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının təmin olunması, ölkənin iqtisadi potensialının, siyasi qüdrətinin, müdafiə gücünün daha da yüksəldilməsidir. Bu istiqamətdə çox böyük işlərə imza atılıb və Prezident islahatların yenə də davam edəcəyini bildirib.
Bu gün Azərbaycan iqtisadiyyatı biznes mühitinə görə dünyada 25-ci yerdə qərarlaşıb. Ölkəmiz artıq Şərqlə Qərb arasında böyük bir logistik mərkəzə çevrilib. Avropanın enerji təchizatında çox etibarlı tərəfdaşdır. Əlbəttə, bunları gözü götürməyən, qəbul etməyən, görülən işləri həzm edə bilməyən erməni lobbisinə, erməni diasporuna bağlı mərkəzlər var ki, bunlar xaricdə məskən salan, qanı bizdən olub əqidəsi özümüzdən olmayan Azərbaycan vətəndaşlarını bu və ya digər formada ələ alırlar. Çox təəssüf ki, bu dairələr satqınları maliyyələşdirərək, dövlətini və xalqını unutdura bilirlər”.Millət vəkili ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi istiqamətində görülən işləri həzm edə bilməyən və buna qarşı çıxan kəslərin heç bir siyasi çəkiyə malik olmadığını söyləyib:
“Bu şəxslər siyasi proseslərə hansısa formada təsir etmək iqtidarında deyil. Çünki Azərbaycan xalqı bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Bu yaxınlarda Fransanın beynəlxalq təşkilatının Azərbaycan əhalisi arasında keçirdiyi rəy sorğusunun nəticələri xalqın iqtidara olan dəstəyini bir daha sübuta yetirdi”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar