Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qarabağla bağlı ikipilləli danışıqlar başlaya bilər - Qobl

Baxılıb: 471     Tarix: 17-05-2019 15:42   

Humanitar məsələlərdə bəzi inkişafın Qarabağın həllindəki digər çətin və vacib məsələlərin həllində hansısa inkişafa gətirib çıxaracağını demək yanlış olardı.
Qanunvehedef.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri Pol Qobl deyib. Onun sözlərinə görə, problemin həlliylə bağlı iki əsas məsələdə - İrəvan üçün xalqların öz müqəddəratının təyinatı, Bakı üçün isə sərhədlərin toxunulmazlığı məsələsində heç bir inkişaf yoxdur ki, indiki situasiyadan çıxış əldə etmək imkanı yaransın.
O, yaxın zamanlarda yaranmış çətin vəziyyətdən çıxışın tapılacağına inanmadığını deyib.
Qobl hazırda danışıqlar prosesindəki vasitəçilərdən heç birinin hər iki tərəfi razı salacaq təklifi olmadığını söyləyib.
Politoloq Paşinyanın Qarabağın danışıqlar prosesində iştirakı təklifinin qəbulunun Bakı üçün qəbuledilməz olduğunu söyləyib. Bununla belə o, digər ssenarinin – ikipilləli danışıqların da real ola biləcəyini deyib:
“Bunlardan birincisi ictimai xarakterli danışıqlardır ki, yalnız Bakı və İrəvanın iştirakıyla aprılacaq. Digər tərəfdən ictimailəşdirilməyən danışıqlar da aparıla bilər. Burada tərəflərdən hər biri Qarabağ ermənilərinin rəhbərləri ilə konsultasiyalar apara bilər. Bununla belə, indiki zamanda bu ssenarinin böyük perspektivləri yoxdur”.
O, Bakıyla İrəvanın bundan sonra da dialoqu davam etdirəcəyini bildirib.
Qobl böyük güclərin dialoqun davam etdirilməsində israrlı olduğunu, amma dialoqun real danışıqlar və ya hansısa həll olduğu anlamına gəlmədiyini qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar