Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İranda aksiya: Qarabağ Azərbaycan torpağıdır!

Baxılıb: 555     Tarix: 31-05-2019 17:18   

İranda “Qüds günü” Qarabağ çağırışı edilib.
Qanunvehedef.az xəbər verir ki, aksiya Qoşaçay, Urmiya və Rəşt şəhərlərində baş tutub.
Çağırış zamanı “Qarabağ islam və Azərbaycan torpağıdır”, “Qüds günü” Qarabağda yad olunsun”, “Əlbəttə ki, Qarabağ bir gün azad ediləcək”, “Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan” kimi şüarlar qaldırılıb.
Urmiyada edilən çağırışda isə erməni hakimiyyətinin pislənilməsi ilə yanaşı, Çindəki uyğur türklərinə, onlara edilən zülmlərə də diqqət çəkilib.
Qeyd edək ki, “Qüds günü” İranda ilk dəfə 1982-ci ildə Fələstinin azadlığına dəstək məqsədi ilə keçirilib. O vaxtdan bəri hər il Ramazan ayının sonuncu cümə günü belə tədbirlər təşkil edilir.
Son illər isə “Qüds günü” Azərbaycanda və İraqda şiələr yaşayan bölgələrdə də qeyd olunur.шаблоны для dle 11.2