Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Moldovanın ABŞ-dakı səfiri istefa verib

Baxılıb: 603     Tarix: 17-06-2019 13:15   

Moldovanın ABŞ-dakı səfiri Kristina Balan istefa verib.
APA-nın xəbərinə görə, bu barədə K.Balan rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
Məlumata görə, ötən həftə Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Nikolay Popesku səfiri geri çağırıb, lakin K.Balan Kişinyova qayıtmaqdan imtina edib.
“Cümə günü Moldovanın Demokratlar Partiyasının rəhbərlik etdiyi hökumət istefa verib. Mənim təyinatım siyasi xarakter daşıyır və bu səbəbdən də mən Moldovanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdiyimi bəyan edirəm. Filipin hökumətini təmsil etmək mənim üçün şərəf idi. Növbəti komandaya uğurlar arzu edirəm”, – deyə Kristina Balan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Nikolay Popesku ABŞ hökumətinə bildirmişdi ki, K.Balan Moldovanın qanuni hakimiyyətinin mövqeyini əks etdirmir.



{sape_links}{sape_article}