Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vədlər boşa çıxdı: Putin Qərbi devirir - Politoloq

Baxılıb: 638     Tarix: 21-05-2018 14:38   
Soyuq müharibə zamanı indiki Rusiyadan qat-qat güclü olan SSRİ-yə qarşı Şimali Atlantika Alyansı daha sərt və hesablanmış addımlar atırdı. Milli muxtar respublikalar, vilayətlərdən ibarət olan, üstəlik, total korrupsiya, sosial uçurumu nəzərə alsaq, Rusiya Federasiyası bəlkə də dünyada ən çox zəif yeri olan ölkədir. Lakin buna rəğmən, indiki mübarizə üsulları ilə Qərb Rusiyaya qarşı irəliləmək əvəzinə geriləməkdədir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli qeyd edib. O bildirib ki, Merkel Soçidə görüşmək üçün işğalçı adlandırdığı Putinin ayağına gedib:
“Merkel Soçidə Almaniya, Böyük Britaniya, Fransa və Avropa Birliyinin digər üzvlərinin İranla sazişdən çıxmayacağını da söylədi. Makron, ümumiyyətlə, ABŞ-la ultimativ dillə danışdı. Böyük Britaniyanın korporasiyası isə İranın cənub-qərbində neft çıxaracaq. Bu yaxınlarda Sankt-Peterburqda keçiriləcək İqtisadi Forumda da Makron və Putinin görüşü gözlənilir. Bəs sanksiyalar nə oldu? Bunlar hamısı heç oldu, olan da Ukraynaya oldu. Krım, ümumiyyətlə, Putin üçün müzakirə mövzusu deyil. Artıq Donetsklə Luqanskın azadlığı da sual altındadır. Qərbin boş vədlərinə uyub, Yanukoviçi lazımsız yerə devirməsəydilər, indi Ukrayna ərazi bütövlüyünü qorumuş bir dövlət idi”.
Politoloqun sözlərinə görə, Avrasiya İttifaqının üzvü ola-ola da Ukrayna Qərblə yüksək səviyyədə əməkdaşlığını qura bilərdi:
“Nümunə kimi Qazaxıstanı göstərə bilərik. Qazaxıstan Avrasiya İttifaqına üzv olsa da, ərazi bütövlüyünü də, Qərblə yüksək səviyyədə münasibətlərini də qorumuş oldu. Ukrayna ilə Qazaxıstanı müqayisə edəndə hansının daha uduşlu vəziyyətdə olduğu göz önündədir. Skripal olayından sonra yenə Rusiyaya böyük zərbələr olacaq deyənlərdən fərqli olaraq, indiki sanksiyalar və münasibət tərzi ilə Qərb Rusiyaya heç nə edə bilməyəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar