Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Səfər Əbiyev niyə o qırıcılardan imtina etdi? – Ekspert

Baxılıb: 680     Tarix: 02-07-2019 13:21   

Mən hərbi-texniki forum çərçivəsində Rusiyanın müasir Su-34 və Su-35 təyyarələrinə baxış keçirmiş Azərbaycan pilotları ilə ünsiyyətdə ola bildim. Bu hərbi texnika pilotlarımızın həddən artıq xoşuna gəldi.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi-texniki məsələlər üzrə ekspert Həsən Həsənov deyib.
“Rusiyanın təklifindən sonra bu təyyarələrin bizim regionumuzda nə qədər faydalı olması sualı meydana gəldi. Bu təyyarələrin ölçüləri heyrətləndiricidir. Azərbaycan kimi kiçik ölkələr üçün analoji hərbi texnikanın alınması sadəcə əlverişli deyil. Ancaq erməni tərəfinin Rusiyadan Su-30 alması fonunda bizim də Hərbi Hava Qüvvələri arsenalımızı Rusiyanın analoji müasir təyyarələri ilə zənginləşdirməyimiz mümkündür”, - ekspert bildirib.
Hərbi ekspertin fikrincə, Azərbaycan həmçinin modernizasiya edilmiş Su-25M3 təyyarələrinin alınması üçün danışıqlar aparıb.
“Ancaq o dövrdə hələ də məlum olmayan səbəblərə görə ozamankı müdafiə naziri Səfər Əbiyev bu müqavilənin reallaşmasına izn vermədi. Məsələ burasındadır ki, Su-25M3 təyyarələri Azərbaycan ordusu üçün böyük bombardmançılarla müqayisədə daha əlverişlidir. Azərbaycan Hərbi Hava Qüvvələri hücum təyyarələri ilə tamamlanmalıdır. Bizim hazırda 40-dan artıq MiQ-25-miz var. Regionumuzun xüsusiyyətlərini və düşmənin strateji nöqtələrini nəzərə alanda, prinsipcə, bizə bundan artıq heç nə lazım deyil”, - Həsənov qeyd edib.
Ermənistanın Su-30-lar alması barədə yayılan məlumatdan sonra HHQ arasında qüvvələr balansının dəyişib-dəyişməyəcəyi sualına cavab verən ekspertin sözlərinə görə, bu məsələdə hərbi hava qüvvələrini müqayisə etmək olmaz:
“Hərbi hava qüvvələri hava hücumundan müdafiə sistemləri ilə müqayisə olunmalıdır. Belə ki, Azərbaycan HHM sisteminin sıxlığı və həcminə görə dünyada ilk üçlükdədir. Bundan əlavə daha bir əhəmiyyətli məqam var ki, ermənilərə rahatlıq vermir. Ermənistanda cəmi bir aviabaza var – bu da 1995-ci ildən etibarən erməni və rus ordularının istifadə etdiyi Erebuni bazasıdır.
Heç kimə sirr deyil ki, bu aviabaza birbaşa olaraq Naxçıvandan izlənilir. Burada yerləşdirilən istənilən hərbi texnikanı bir neçə dəqiqə ərzində sıradan çıxarmaq mümkündür. Bunun üçün ordumuza sadəcə bir yaylım atəşi kifayətdir. Sözügedən nüansları nəzərə alaraq, dünyanın bütün hərbi ekspertləri Ermənistanın bu cür bahalı texnikanı almasının heç bir anlamının olmadığı barədə həmfikirdir. Çünki 60 milyondan çox dəyəri olan qırıcılar düşmən üçün əlçatan zonada yerləşir. Bir atəşlə bütün bu 4 bombardmançı və müvafiq olaraq 240 milyon külə dönə bilər”, - ekspert qeyd edib.
Qeyd edək ki, Rusiya Ordu-2019 (Army-2019) Forumunda Azərbaycan Müdafiə Nazirliyinin heyəti üçün Su-34 və Su-35 döyüş təyyarələrinin təqdimatını keçirib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.
Bundan öncə Ermənistan 4 ədəd Su-30SM qırıcısı alacağını açıqlamışdı. Rusiyalı ekpert isə bunun yalan olduğunu, sadəcə, Rusiyanın Ermənistandakı aviabazasında yerləşən qırıcılarını yeniləmək üçün ora Su-30SM-lər də göndərdiyini bildirmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar