Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Polşa yenə Putini aşağıladı – “O, elə bir ölkənin lideridir ki…”

Baxılıb: 492     Tarix: 19-07-2019 14:06   

Polşa Hökuməti bir daha Rusiya prezidenti Vladimir Putinə qarşı mənfi münasibətini açıq şəkildə biruzə verib. “AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, Polşa baş nazirinin müavini Yatsek Sasin Putinin İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyi münasibətilə ölkədə keçiriləcək böyük beynəlxalq tədbirə dəvət olunmayacağını deyib.
Polşa hökumətinin təmsilçisi bildirib ki, Rusiya liderinin metodları ilk olaraq onun ölkəsinə hücum edən o vaxtkı faşist Almaniyasının metodlarından fərqlənmir: “Hesab edirik ki, öz qonşularına qarşı eyni metodlardan istifadə edən bir lideri Polşanın işğalının ildönümü ilə bağlı tədbirə dəvət etmək yersiz olardı.”
Y.Sasin xatırladıb ki, Rusiya öz qonşularına qarşı işğalçı siyasət yürüdür və belə bir ölkənin başçısı Polşada keçiriləcək əhəmiyyətli tarixi tədbirə dəvət oluna bilməz: “O, elə bir ölkənin lideridir ki, həmin ölkə öz qonşularına qarşı silahlı işğal həyata keçirir”. 
Əvəzində sözügedən tədbirdə ABŞ prezidenti Donald Trampın iştirakı ehtimalı yüksəkdir. Polşa hökumətinin dəvət göndərdiyi ölkə liderləri arasında Trampla bərabər Almaniya kansleri Angela Merkelin də adı var. Polşa tərəfi ümid edir ki, çoxsaylı dəvətlilər sırasında olan ABŞ və Almaniya liderləri mütləq həmin tədbirdə iştirak edəcəklər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar