Prezidentdən nazirə sual: 170 milyon necə xərclənib?
Baxılıb: 447 Tarix: 01-08-2019 15:08

Qanunvehedef.az xəbər verir ki, bu sözləri ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə ölkə başçısı deyib. Prezident bildirib ki, ölkədə infrastruktur layihələrinin icrası davam etdiriləcək:
“Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”.
Daha sonra Prezident güzəştli şərtlərlə verilən kreditlərin həcminin bu il 170 milyon manat səviyyəsində olduğunu bildirərək, İqtisadiyyat naziri Şahin Mustafayevə sual verib: “Bu vəsaitin neçə faizi icra olunub və hazırda vəziyyət nə yerdədir?”
Nazir Şahin Mustafayev bildirib ki, bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb:
“İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Layihələr qəbul olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib”.
Ən çox oxunanlar
Son xəbərlər