Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“İctimai fəaliyyətimi davam etdirəcəyəm” – Rüstəm İbrahimbəyov

Baxılıb: 529     Tarix: 02-08-2019 12:38   

Kinodramaturq Rüstəm İbrahimbəyov bildirib ki, onun ictimai fəaliyyətinin sırf peşə təşkilatı olan Kinematoqrafçılar İttifaqının işinə aidiyyatı yoxdur.
Mən heç zaman siyasətlə məşğul olmamışam. İctimai fəaliyyətlə məşğul olmuşam. Və indi də hesab edirəm ki, bizim ölkədə vətəndaş cəmiyyəti çox zəif durumdadır. Azərbaycanda vətəndaşların, xalqın və xüsusilə ziyalıların vəziyyətə təsiri çox zəifdir. Bu, mənim fikrimdir və mən bu mövqedə qalıram. Ona görə də ictimai fəaliyyətimi davam etdirməyə çalışacağam”, – R.İbrahimbəyov Milli Kino Günündə Turan-a müsahibəsində deyib.
Kinematoqrafçılar İttifaqına gəlincə, R.İbrahimbəyovun sözlərinə görə, bu təşkilatda heç zaman belə məsələlər qaldırılmayıb.
“Kinematoqrafçılar İttifaqı ancaq kino problemləri ilə məşğul olub. Təşkilatın sədri kimi, mən istəməzdim ki, İttifaq siyasi, ictimai məsələlərə müdaxilə etsin. Ancaq bu o demək deyil ki, Rüstəm İbrahimbəyov şəxsən ictimai fəaliyyətlə məşğul olmayacaq. Mən bu barədə bildirmişəm və mənə elə gəlir ki, bu, qəbul edilib.
Şadam ki, nəhayət, məni eşitdilər. İndi bizim İttifaqa həm təşkilati, həm də maliyyə məsələlərində hərtərəfli yardım göstərilir. Düzdür, hökumətin bizə borcu var, ancaq hazırda bu borclar qaytarılır“, – R.İbrahimbəyov deyib.
Dramaturq qeyd edib ki, onun fəaliyyəti kiməsə “arzuolunmaz” kimi görünə bilər. Lakin şəxsən onun özünə olan mənfi münasibət İttifaqa şamil edilməməlidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar