Paşinyanın Tiflis cəhdləri: səfərin hədəfi nədir?
Baxılıb: 615 Tarix: 23-05-2018 14:55
Azərbaycan kimi Gürcüstanda da respublikanın 100 illiyi qeyd olunur.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Gürcüstanda 26 mayda keçiriləcək Respublika Günü ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, Gürcüstandakı tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı, 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək:
“Tədbirlərə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar. Gürcüstan hakimiyyəti yaranmış fürsətdən istifadə edərək prezidentlərin iştirakı ilə Tiflisdə böyük beynəlxalq konfrans da keçirəcək. Şübhəsiz, Gürcüstan hakimiyyəti bayram tədbirləri ilə bağlı Azərbaycana da dəvət göndərib. Ancaq Azərbaycanın Gürcüstandakı tədbirlərdə hansı səviyyədə iştirakına dair məlumat yoxdur. Maraqlıdır ki, tədbirlər tamamlanan kimi Gürcüstana Ermənistanın Baş naziri Nikol Paşinyan da gedəcək. Paşinyan 30-31 may tarixlərində Tiflisdə görüşlər keçirəcək. Ümumiyyətlə, Nikol Gürcüstanla əməkdaşlığa xüsusi əhəmiyyət verir”.
Politoloq bildirib ki, Azərbaycan Gürcüstana diqqəti artırmalıdır:
“Görəsən, rəsmi Tiflis Paşinyanın istəyi qarşılığında Ermənistanla hansı sahələrdə əməkdaşlığı genişləndirmək istəyir? Bunu dəqiqləşdirməyə ehtiyac var. Biz Qarabağ separatçılarının abxaz separatçılarının liderləri ilə Suxumidəki son görüşünə etiraz etdik. Ancaq Gürcüstanda sanki bu faktı görməzdən gəldilər. Üsəlik, Gürcüstan hakimiyyətinin Rusiya-Ermənistan dəmiryolunun fəaliyyətinin bərpasına razılıq verməsi də Azərbaycana xoş olmayan mesajdır”.

Ən çox oxunanlar
Son xəbərlər