Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ məhkəməsi qərar verdi: Prezident vətəndaşı bloklaya bilməz!

Baxılıb: 666     Tarix: 24-05-2018 10:42   

ABŞ-ın Manhetten federal məhkəməsi prezident Donald Tramp tərəfindən “Twitter”də ayrı-ayrı istifadəçilərin bloklanmasını Konstitusiyaya zidd sayıb.
 
İKT.Qanunvehedef.az-ın xəbərinə görə, hakim Naomi Buhvald (Naomi Reice Buchwald) belə qərara gəlib ki, prezidentin “Twitter” səhifəsi ictimai meydançadır və istifadəçilərin hüquqlarının məhdudlaşdırılması ABŞ Konstitusiyasındakı 1-ci Düzəlişə ziddir.
 
Hakimin qərarında indiyə qədər Tramp tərəfindən edilmiş bloklanmaların ləğvi barədə əmr yoxdur, N. Buhvald hesab edir ki, onun qərarı cavabdehlər Donald Tramp və onun sosial şəbəkələr üzrə direktoru Den Skavinonun davranışını dəyişdirmək üçün yetərlidir. “Bu iş tələb edir ki, biz müəyyənləşdirək: ictimai vəzifəli şəxs birinci Düzəlişə uyğun şəkildə vətəndaşı siyasi baxışları üzündən öz “Twitter” səhifəsində bloklaya bilərmi? Bu ictimai vəzifəli şəxsin Birləşmiş Ştatların prezidenti olması faktı durumun analizinə təsir göstərirmi? Hər iki suala cavab eynidir – yox”.  
 
D. Trampa qarşı iddia Kolumbiya Universitetinin Hüquq Müdafiə İnstitutunun dəstəyi ilə 7 nəfər tərəfindən qaldırılıb. ABŞ Ədliyyə Nazirliyi (Baş Prokurorluq) məhkəmənin qərarı ilə razılaşmayıb və qərardan şikayət verib-verməmək barədə düşünəcəyini açıqlayıb. Nazirlik hesab edir ki, bloklanmaq vətəndaşların prezidentin “Twitter”ini oxumasına mane olmur.
 
Qeyd edək ki, hazırda Trampın “Twitter” səhifəsinin 52 milyondan çox istifadəçisi var.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar