Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Hərə öz bildiyini edərsə..." - Dini Komitədən XÜSUSİ RAMAZAN XƏBƏRDARLIĞI

Baxılıb: 762     Tarix: 24-05-2018 12:43   
"Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir".
 
 
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
 
 
M. Qurbanlı bildirib ki, bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi olaraq təsdiq olunmuş təqvim var: "Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var. Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin".
 
 
 
Komitə sədri qeyd edib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: "Hərə öz bildiyini edərsə, xaos yaranar".




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar