Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiya şokoladları Azərbaycan bazarını “işğal edir” – İdxal daha da artıb

Baxılıb: 509     Tarix: 27-08-2019 12:38   

Azərbaycan 2019-cu ilin 1-ci yarısında (yanvar-iyun dövründə) 20 mln. 306 min dollar dəyərində şokolad idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
“Yanvar-iyun aylarında Azərbaycan 20 mln. 306,24 min dollar dəyərində 7984 ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 4,6%, dəyər ifadəsində 9% artıb”, – deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin 1-ci yarısında Rusiyadan 13 mln. 483 min dollar dəyərində (artım 15,8%) 5815 ton şokolad (artım 13,9%) idxal edilib. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana şokolad idxalının 72,8%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-iyun aylarında bu ölkədən 1 mln. 959 min dollar dəyərində 973,32 ton məhsul idxal edilib.

AZƏRBAYCANIN ŞOKOLAD İXRACI AZALIB

Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında 1 mln. 815 min dollar dəyərində (azalma 8,2%) 862,3 ton şokolad (azalma 4,1%) ixrac edib. Rusiyaya 831,34 min dolar dəyərində (azalma 0,7%) 391,81 ton şokolad (azalma 0,8%) ixrac edilib. /“İnterfaks-Azərbaycan”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar