Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hökumət subsidiyalara nəzarəti gücləndirdi - Vəsaitin yalnız 25%-ni nağdlaşdırmaq olacaq

Baxılıb: 528     Tarix: 04-09-2019 12:38   

Yeni subsidiya mexanizmi kənd təsərrüfatı sahəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda gələn ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizm və inqilabi hadisədir. 
Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə məlumat verməlidir: “Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə subsidiyanı almaq üçün plastik kart veriləcək. Karta köçürülən məbləğin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq”.
İ.Quliyev onu da qeyd edib ki, subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlanır. Aqrar Subsidiya Şurası isə hər il əmsalları müəyyənləşdirəcək.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə vurğuladı ki, yeni subsidiya mexanizmi fermerləri düzgün aqrotexniki qaydalara riayət etməyə doğru stimullaşdıracaq: “Artıq gübrələrə, sertifikatlı toxuma görə olan güzəştlər birbaşa fermerlərə ödənilir ki, fermer sonradan özü gedib şirkətlərdən bunu ala bilsin. Əvvəllər isə dövlət tərəfindən hansısa gübrə şirkətinə satdığı gübrəyə görə 70 faiz güzəşt verilirdi. Fermer də gübrəni güzəştli qiymətə alırdı. İndi həmin o güzəşt olunan məbləğ fermerin özünə veriləcək, bazarda nə qədər gübrə satan şirkətlər varsa, fermer onlar arasında seçim edəcək. Artıq burada azad rəqabət yaranacaq və bazarın gübrə satan bütün şirkətləri eyni statusda olacaq. Artıq onlar güzəştlə satan və güzəştlə satmayan kimi qruplara bölünməyəcəklər. Yəni gübrə bazar qiymətinə satılır, güzəşt pulu isə fermerin özünə verilir. Bu vəsaitlər isə fermerə kart vasitəsilə veriləcək. Daha öncə də vəsaitlər kart vasitəsilə verilirdi, ancaq burada yenilik odur ki, fermer subsidiya məbləğinin yalnız 25 faizini nağdlaşdıra biləcək”.

F.Fikrətzadə qeyd edib ki, subsidiya məbləği də əhəmiyyətli dərəcədə artıb: “Əvvəl fermerə 50 manat verilirdisə, indi bu məbləğ 200 manata qədər artırılıb. Məsələn, əvvəl fermer arpaya görə  50 manat subsidiya alırdı, indi isə 160 manat alacaq. Onun 25 faizini, yəni 40 manatını nağdılaşdıra biləcək. Qalan vəsaitdən isə mütləq olaraq gübrənin güzəştli satışında, sertifikatlaşmış toxumun güzəştli satışında istifadə edə biləcək. Bu, fermeri stimullaşdıracaq ki, sertifikatlaşmış toxumdan istifadə etsin. Baxacaq ki, kartdakı pulun yalnız 25 faizini  çıxara bilib, qalan pul qalıb, onu itirməmək üçün gübrə alacaq, normal toxum alacaq. Bu qaydaların ən yaxşı tərəfi odur ki, fermer düzgün aqrotexniki qaydalara yönələcək. Məsələnin digər yaxşı tərəfi odur ki, artıq subsidiyalar standart tariflə verilmir. Aqrotexniki əməliyyatların xarakterindən asılı olaraq, yəni bitkinin yetişdirilməsi qaydalarından, xərclərindən asılı olaraq fərqləndiriləcək. İntensiv bağçılığın salınmasına görə subsidiya fərqləndirildi və fərqli subsidiya tarifi tətbiq olundu. Kimsə intensiv meyvə bağı salırsa, buna görə ildə 800 manata qədər subsidiya almış olacaq. Məhsul yetişənə qədər onun xərclərinin əhəmiyyətli bir hissəsi dövlət tərəfindən ödəniləcək”.
Yeni qaydalar bürokratiyanı aradan qaldırmaqla yanaşı, sənədləşmə işlərini də asanlaşdıracaq. Nazirlik rəsmisinin sözlərinə görə, artıq əksər prosedurlar elektron qaydada həyata keçiriləcək: “Yanvar ayının 1-dən etibarən fermerlər əkinləri ilə bağlı məlumatlarını elektron kənd təsərrüfatı resursları üzəridən bəyan edəcəklər. Həmin elektron sistem işçiləri tərəfindən onların subsidiya məbləği ilə bağlı qərar veriləcək və  məbləğ onların hesabına kart vasitəsilə köçürüləcək. Bütün bu sistem elektronlaşdırılıb. Əgər əvvəllər fermerlər hər il torpaq aktının surətini çıxarıb Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsinə verməli idilər , indi isə bir dəfə elektron sistemdə qeydiyyatdan keçəcək və sadəcə, hər il hansı məhsulu əkdiyini bəyan edəcək. Çünki artıq həmin torpaq aktı bizim elektron sistemdə mövcud olacaq. Koorporativlərin yaranmasını stimullaşdırmaq üçün də yeni subsidiya mexanizmdə təşviqedici qaydalar var. Belə ki, korporativlərdə təmsil olunan fermerlərə subsidiyalar, güzəştlər 10 faiz daha artıq veriləcək. Yeni tariflərlə verilən subsidiya, müəyyən bir ərazidə birləşən və kooporativ şəklində fəaliyyət göstərən fermerlərə daha artıq veriləcək”.
Qeyd edək ki, yeni  qaydalar rayonlardan Bakıya axın edən və burada ağır sosial şəraitdə yaşayan vətəndaşlarımız üçün də bir şansdır. Onlar rayonlara geri dönərək,  bir neçə qohum və kəndliləri ilə birgə fermer korporasiyaları yarada, rayonlardakı pay torpaqlarını birləşdirə bilərlər və beləliklə, yeni subsidiya və güzəştlərdən 10 faiz artıq almaq şərti ilə yararlana bilərlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar