Kənd təsərrüfatı məhsullarının artım həcmi açıqlandı
Baxılıb: 508 Tarix: 17-09-2019 10:21
Sentyabr ayının 1-nə kimi sahələrdən 1283,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz çox tərəvəz, 703,8 min ton (9,5 faiz çox) kartof, 427,9 min ton (14,9 faiz çox) bostan məhsulları, 382,4 min ton (5,6 faiz çox) meyvə və giləmeyvə, 56,5 min ton (49,4 faiz çox) üzüm, 580,8 ton (16,4 faiz az) yaşıl çay yarpağı, 31,4 min ton (48,7 faiz çox) günəbaxan, 19,6 min ton (78,3 faiz az) şəkər çuğunduru, 164,8 ton (5,0 faiz çox) pambıq və 3,5 min ton (19,4 faiz çox) tütün yığılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə, cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3,0 faiz artaraq, 332,6 min ton, süd istehsalı 1,5 faiz artaraq, 1386,0 min ton, yumurta istehsalı 6,9 faiz artaraq, 1242,2 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq, 15,4 min ton olub.
Eyni zamanda, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 25,3 faiz çox barama istehsal olunub.
2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə, kənd təsərrüfatının ümumi məhsulu 6,2 faiz, o cümlədən, bitkiçilik məhsullarının istehsalı 9,2 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb.
Ən çox oxunanlar
Son xəbərlər