Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Son islahatlar paketi 5 milyard həcmində olmaqla 4 milyon insanı əhatə edir” – Şöbə müdiri

Baxılıb: 576     Tarix: 24-09-2019 13:39   


“Son islahatlar paketi 5 milyard həcmində olmaqla 4 milyon insanı əhatə edir. Bu, ciddi addımdır. İnstitsuional və sosial transformasiyanın nəticəsidir ki, Azərbaycan Prezidentinin ən sosial innovasiya layihəsi olan ASAN xidmət çox qısa müddət ərzində insanların rəğbətini qazana bildi, effektiv dövlət idarəçiliyi, məmnunluq, hesabatlılıq, şəffaflıq anlayışları ilə assosiasiya olunmağa başladı. Bu, dövlət idarəçiliyinə yenilik gətirmiş dövlət kimi Azərbaycanı dünyaya tanıtdı”.

“Report”un xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycan Prezidenti Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova deyib.
Onun sözlərinə görə, artıq növbəti belə bir layihə DOST layihəsidir ki, fəaliyyətə başlayıb: “Bu islahatlar cəmiyyətin daxilində ümumilikdə dəyərlər sistemini dəyişdirir. Dövlət, cəmiyyət və vətəndaşların qarşılıqlı əlaqəsinə, qarşılıqlı sosial məsuliyyətinə yeni keyfiyyətlər gətirir. Vətəndaş-cəmiyyət-dövlət üçbucağını gücləndirir. Azərbaycan dövlətçiliyi məhz bu üçlü əlaqənin üzərində, onun sinxronluğu üzərində qurulub. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması da bu islahatların tərkib hissəsidir. Onun bir təzahürüdür ”.
O deyib ki, mərkəzin loqotipində cəmiyyət daxilində qarşılıqlı əlaqələr ehtiva olunub: “Sosial tədqiqatlar ictimai-siyasi prosesləri, onlara təsir edən amilləri bu cür bütöv şəkildə öyrənməyə, cəmiyyətin gözləntilərini dəyərləndirməyə, həll yolları tapmağa imkan verir. Müasir effektiv dövlət idarəetməsi ictimai rəy öyrənilmədən mümkün deyil. İctimai rəyin öyrənilməsi işi klassik üsullarla yanaşı, mütərəqqi, araşdırma metodları və innovativ texnologiyalardan istifadə etməklə təşkil edilməlidir. İctimai rəydə olan dəyişiklikləri çevik müəyyən etmək imkanında olmalıdır. Lakin sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsi, cəmiyyəti narahat edən məsələlərin müəyyən edilməsi və onların həlli ilə bağlı təkliflərin verilməsi, islahatların doğurduğu nəticələrin təhlili, qiymətləndirilməsi və növbəti yeni təkliflərin verilməsi ilə kifayətlənməməlidir. Sosial tədqiqatlar həm də bu islahatların, dəyişikliklərin cəmiyyət tərəfindən necə qarşılanmasına, islahatların təşkil edilməsinə hədəflənən institutdur. Başqa sözlə Sosial Tədqiqatlar Mərkəzi yalnız klassik mövqedən çıxış edərək cəmiyyətin mövqeyini öyrənməklə kifayətlənməməli, dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işini aparmalıdır”.
S.Yusifova bildirib ki, aparılan tədqiqatların nəticələri dövlət üçün nə qədər önəmlidirsə, vətəndaş və cəmiyyət üçün də bir o qədər faydalı və informativ olmalıdır: “İnsanalar öz növbəsində atılan addımlara respontiv yanaşmalıdır. Vətəndaş mövqeyini aktiv şəkildə bildirməlidirlər. Müsbət transformasiyanın iştirakçısına çevrilməlidirlər, sosial məsuliyyətlərini dərk etməlidirlər. Bu baxımdan kommunikasiya qarşılıqlı xarakter daşıyır. Dövlət vətəndaşının yanında olduğu qədər, vətəndaş da dövlətinin yanında olmalıdır. Bu islahatların, dəyişikliklərin həyata keçirilməsinə öz müsbət təşəbbüsləri ilə töhfə verməlidirlər. Sosial Tədqiqatlar Mərkəzi vətəndaş cəmiyyəti institutları, digər araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq etməlidirlər. Hesabatların hazırlanmasında etibarlı mənbəyə çevrilməlidir. Həmin təşkilatlar da mərkəzə dəstək olmalıdırlar. Belə əməkdaşlıq ictimai maraqlar baxımından olduqca vacibdir. Çünki vətəndaş-cəmiyyət-dövlət kommunikasiyası proseslərə çevik münasibət bildirməyə, sosial dinamikanın perspektivini müəyyən etməyə imkan verir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar