Xəbər lenti
18/08/2025 [13:22]
Sabah hava necə olacaq?
18/08/2025 [10:27]
Zelenski Vaşinqtondadır
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nazir: "Azərbaycan neftin qiymətinin sabitləşməsinə töhfə verib"

Baxılıb: 605     Tarix: 30-05-2018 11:22   
"Azərbaycan OPEC+ razılaşmasına erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin sabitləşməsində rolunu göstərib".
Qanunvehedef.az "report"a istinadla xəbər verir ki, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas" konfransının açılışında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.
"Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi özünü sübut edib. İndi isə həm də neftin qiymətinin tarazlaşmasında töhfəsini verir", - o deyib.
Nazirin sözlərinə görə, OPEC+ formatında əməkdaşlıq vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir. Nazir bazardakı vəziyyətdən daşınaraq qeyd edib ki, dünya bazarında balansın qorunması ilə bağlı tədbirlərə baxmayaq, sabitlik tam təmin olunmayıb: "Müəyyən geosiyasi reallıqlar neftin qiymətinə təsir edir. Yeni trendlərə baxmayaraq, neft dünya enerji bazarında mühüm mövqeyə sahib olacaq".
O, Azərbaycanın neft tarixindən, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və digər yataqların əhəmiyyətindən danışaraq vurğulayıb ki, zəngin yataqlar ölkənin neft ehtiyatlarının uzun illər tükənməyəcəyini əminliklə söyləməyə imkan verir.шаблоны для dle 11.2