Avro ucuzlaşır - SƏBƏB
Baxılıb: 609 Tarix: 31-05-2018 11:27
May ayında avro dollar nisbətən dəyər itirdi. Aya 1 avro=1.21 dollar məzənnəsi ilə başlayan Avropa pulu ayı 1.167 kursu ilə başa vurmaqdadır.
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu, avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir:
"Mayın 3-də dolların möhkəmlənməsi və avronun dəyər itirəcəyi ilə bağlı proqnozumu sizlərlə bölüşmüşdüm. Nəticədə may ayının Avropa pulu üçün düşərli olmadığını müşahidə etdik".
Bəs avro niyə ucuzlaşır?
Ekspert bildirib ki, avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır:
"Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmürdü. Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, valyutanı məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyə olunmur. Dollara nisbətən ucuzlaşan avro manata qarşı da dəyər itirdi".
İqtisadçı deyib ki, avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq:
"Hazırda Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər".

Ən çox oxunanlar
Son xəbərlər