Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda ötən il investisiya qoyuluşu 10 milyard manatı ötüb

Baxılıb: 710     Tarix: 03-02-2020 10:38   

2019-cu ildə Bakıda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 214,2 milyon manat və yaxud 2018-ci illə müqayisədə 2,3% az vəsait yönəldilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 47,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
İl ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2%-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,9%-ini əsaslı təmir, 4,7%-ini cari təmir, 19,2%-ini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 81,2%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Ötən il paytaxtda Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, “DOST Agentliyi”nin və “DOST mərkəzi”nin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, bundan əlavə Bakı şəhərində 1 920 şagird yerlik ümumtəhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar