Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Göyçay çayı üzərində yeni körpü tikiləcək

Baxılıb: 624     Tarix: 04-06-2018 09:43   

Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən körpünün yerində yeni körpünün və 200 metr aralıda isə alternativ körpünün tikintisi üçün hazırlıqlar görülür.
 
APA-ın yerli bürosunun xəbərinə görə, iyunun 4-də çayda suyun səviyyəsi enib və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları ərazidə işə başlayıb.
 
Əvvəlcə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görülür. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa ediləcək. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddətdə sürücülər Göyçay-Ucar-Göyçay yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.
 
Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur.
 
Qeyd edək ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün 15 metr hissəsi dağılıb, qalan hissəsinə çox ziyan dəyməyib, möhkəmdir. Mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü yenidən qurmaq olar. Əsas körpünün sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində yuyulmasının qarşısının alınması üçün beton bənd qurulacaq, ərazidə bərkitmə işləri görüləcək. Yeni körpünün inşası işləri bir neçə ay davam edəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar