Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Banklarda hesabların açılması və bağlanması qaydaları dəyişdiriləcək

Baxılıb: 629     Tarix: 05-06-2018 12:30   
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə ekspert qrupu, həmçinin "Komplayns" üzrə ekspert qrupunun üzvləri arasında görüş keçirilib.
ABA-dan Qanunvehedef.az-a verilən məlumata görə, görüşdə MBNP tərəfindən mövcud tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası" üzrə hazırlanmış dəyişikliklər layihəsi müzakirə edilib.
Bu məsələ ilə ilə bağlı bankların təklifləri dinlənilib və sonda hər bir bankın rəyinin hazırlanaraq ABA-ya təqdim olunması qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.шаблоны для dle 11.2