Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İstirahət günlərində səyahətə çıxanların NƏZƏRİNƏ

Baxılıb: 612     Tarix: 08-06-2018 16:35   
Böyük və Kiçik Qafqazda nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bu barədə Qanunvehedef.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda bildirilir ki, havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.
Sabah Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq.  Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da arabir yağış yağacağı, iyunun 09-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə  isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə isə çatdırılır ki, iyunun 09-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 09-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar