Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakıda 6 yaşlı uşaq metronu bir-birinə qatdı - Mənə tərbiyə verməyiblər

Baxılıb: 547     Tarix: 11-06-2018 13:22   
Ötən gün günorta saatlarında Bakının "Nizami" metro stansiyasında sərnişinlər qəribə hadisənin şahidi olublar.
Metroya düşən 6 yaşlı qız platformadakı sərnişinlərin diqqətini çəkib. Təkbaşına platformadakı oturacaqlardan birində əyləşib üzü "Həzi Aslanov" istiqamətində qatar gözləyən uşağa yaxınlaşan sərnişinlər gözlənilməz reaksiya ilə qarşılaşıblar.
Azyaşlı qız "Nə yığışmısınız bura, dağılışın" deyərək kənardakıların daha çox diqqətini çəkib.
Bu an gülən sərnişinlərdən birinə "Nə gülürsən ə..., bambılı" deyən uşağa digər şəxslər "Ayıbdır, adam özündən böyüyə elə deməz" söyləyib. Azyaşlının bu sözə verdiyi "Mənə tərbiyə verməyiblər" cavabı isə hər kəsi məəttəl qoyub.
Dərhal olaya metropoliten və polis əməkdaşları müdaxilə ediblər. 6 yaşlı uşaqdan hara getdiyini soruşublar. Uşaq "Anam, "Qara Qarayev"də marketdə işləyir. Məni gözləyir" cavabını verib. Azyaşlının əlində mobil telefonu görən polislər ondan valideyinlərinin nömrəsinə zəng etməyini istəyiblər. Polis əməkdaşlarının bu cəhdi uzun müddət nəticəsiz qalsa da, inadkar azyaşlını yola gətirmək mümkün olub. Atası olduğu deyilən şəxsə zəng edilib. Zəngə cavab verən şəxs uşağı anasının "Qarayev"də gözlədiyini, ona toxunmamaqlarını xahiş edib. Sonra polislər inadkar 6 yaşlı qızı sərnişinlərdən biri ilə sözügedən ünvana kimi yola salıblar.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar