Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

(R) Bank of Baku məhdudiyyətli şəxslər üçün sosial layihə keçirib!

Baxılıb: 859     Tarix: 11-06-2018 19:20   

Hər zaman sosial yönümlü layihələri ilə cəmiyyətin inkişafına töhfə verməyə çalışan Bank of Baku, Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir sosial layihənin icrasına dəstək olub.
 
Belə ki, Bank of Baku-nun dəstəyi və Araxçın MMC/Çarə “Sizsiniz”-in təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş sosial layihə çərçivəsində bəstəkar-müğənni, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın “Bu gün hər şey yaxşı olacaq” mahnısına işarət dilində klip çəkilib.
 
Tünzalə Ağayeva ilə yanaşı, eşitmə və danışma məhdudiyyətli gənclərin də yer aldığı klipin 09 iyun 2018-ci il tarixində Nizami kinoteatrında təqdimatı keçirilib.
 
“Musiqinin dili yoxdur” şüarı ilə insanlığa səslənən layihənin əsas məqsədi, məhdudiyyətli şəxslərə diqqət və qayğını artırmaq, hər şeyin təkcə bu gün deyil, hər gün daha yaxşı olacağına inam yaratmaqdır.  
 
“Deaf Community”nin təşkilatçılığı ilə keçirilən klipin təqdimatında Bankın “Reklam və İctimaiyyətlə Əlaqələr” Departamentinin direktoru Gülşən Cumayeva da çıxış edərək, Bank of Baku-nun sosial layihələrin icrasında və eyni zamanda dəstəklənməsi istiqamətində gördüyü işlərdən danışmış, sosial mesajlı bu video çarxın hazırlanmasında Bankın da rolunun olmasından qürur və sevinc hissi duyduğunu bildirmişdir.
 
Sosial layihə ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://youtu.be/xaB_P5VlL2U
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar