Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb - FOTO

Baxılıb: 666     Tarix: 11-06-2018 19:40   
“İsmayıllı rayonunun Müdrisə kəndində iki ayrı ərazidə sürüşmə prosesi baş verib”.
 
 
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
 
 
Müdrisə kəndində baş verən sürüşmələrin yeni olduğunu bildirən ekspedisiya rəisinin sözlərinə görə, sürüşmənin baş verməsinə son günlər həmin bölgəyə normadan artıq atmosfer yağıntılarının düşməsi səbəb olub.
 
 
 
Ə. Qaralov qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyi, Şamaxı şəhərinin 48-A məhəlləsi və İsmayıllı rayonunda Muğanlı kəndində sürüşmə sahələri də aktivləşib. Nazirlik rəsmisi əlavə edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmənin aktivləşməsi nəticəsində avtomobillərin hərəkəti getdikcə çətinləşir.









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar