Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda benzin nə vaxt ucuzlaşa bilər?

Baxılıb: 690     Tarix: 12-06-2018 14:00   
Hazırda neftin dünya bazarlarında qiyməti əvvəlkinə nisbətən yüksəkdir. 2016-cı ilin 2-ci yarısından etibarən, qiymətlər sabitləşib. Səbəb də məlumdur: OPEC və ona daxil olmayan neft hasil edən ölkələr hasilatı azaltmaq qərarına gəldilər. Beləliklə, uzun müddət 50 ABŞ dolları ətrafında sabitləşən qiymətlər sonradan bir sıra siyasi səbəblər üzündən yüksəlməyə başladı. İndi 70-80 dollar arasındadır. Bu, neft ixrac edən ölkələr üçün olduqca əlverişlidir. O cümlədən, təbii ki, Azərbaycan üçün də...
Lakin adətən, belə məqamlarda ortaya çıxan əsas söhbət mövzularından biri də yanacaq məhsullarının daxili satış qiyməti məsələsi olur. Belə ki, sual yaranır, benzinin və dizelin satış qiymətləri bahalaşacaq, yoxsa ucuzlaşacaq? Bizdə son illər ərzində bir dəfə də olsun, belə bir hadisə baş verməyib. Yəni, neftin dünya bazarlarında satış qiymətlərinin ucuzlaşmasına görə, bilavasitə ölkəmizdə yanacaq məhsullarının, konkret olaraq, benzin ilə dizel yanacağının tariflərinin aşağı düşməsi haqda misal gətirmək olmur. Əksinə, neftin qiyməti bahalaşdıqda isə yanacaq məhsullarının qiymətlərinin yüksəlməsi baş verib. Bəs, əslində necə olmalıdır? Və ölkəmizdə bu sahədə real vəziyyət necədir? Neftin dünya bazar qiymətləri ilə əlaqədar benzinin qiyməti bahalaşmalıdır, yoxsa ucuzlaşmalı?
Məsələ bundadır ki, bizdə yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Və bu işə Tarif Şurası baxır. Yeganə olaraq, Aİ-95 ilə Aİ-98 markalı benzin növləri bazarda sərbəst qiymətlərə sahibdir ki, bu da həmin növ benzin markalarının ölkə daxilində istehsal olunmadığı, kənardan idxalı ilə əlaqədardır. Elə mən də, məhz bunun üzərində dayanmaq istəyirəm.
Gələn onillikdə Azərbaycanın özünün də bu benzin markalarını istehsal etməyə başlayacağı deyilir. Belə ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya işləri çərçivəsində ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq və bir sıra yeni qurğular inşa olunaraq, zavodun istehsal gücü artırılacaq. Nəticədə də, istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartı səviyyəsinə çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı həcminin kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, habelə istismar xərclərinin azaldılması və sair kimi vəzifələr həll olunmaqla yanaşı, 2021-ci ilin əvvəlinədək Avro-5 keyfiyyət standartında A-92/95/98 benzin məhsullarının da istehsalı üçün yeni qurğuların inşası baş tutacaq.
Yəni, birinci mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək, ikinci mərhələdə 2020-ci ilin sonunadək Avro-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri başa çatdırılacaq, 3-cü mərhələdə isə 2021-ci ilin əvvəlinədək Avro-5 keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün yeni qurğuların inşası həyata keçiriləcək.
Ümumiyyətlə, modernizasiya nəticəsində zavodda istehsal həcmini ildə 7,5-8 milyon tona çatdırmaq mümkün olacaq. Sözüm bunda deyil. Bütün bunlara 2-3 il var. Sual edirəm: Aİ-95 ilə Aİ-98 markalı benzin növlərinin bazarda satış qiymətləri sərbəst buraxıldıqdan sonra nə vaxtsa ucuzlaşıbmı? Xeyr… Əksinə, hazırda xaricdən idxal edilən Aİ-95 premium markalı benzinin qiyməti mərhələlərlə bahalaşaraq 1,25, Aİ-98 super markalı benzinin qiyməti isə 1,50 manat təşkil edir. Axırıncı dəfə keçən ilin noyabrında bahalaşdı. Buna səbəb olaraq isə, həmin markalı benzin növlərinin idxal edilməsi göstərildi. Və qeyd olundu ki, Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır. Bəs, onda dünya bazarlarında ucuzlaşma niyə öz təsirini göstərmir? Aİ-95 ilə Aİ-98 markalı benzin növlərinin dünya bazarlarında ucuzlaşdığı vaxtlar da olub axı...
Bu sualın cavabı ondadır ki, tələbat yüksəkdir. Və bunu təkcə idxal hesabına ödəyərək satışda da sərfəli, yəni alışa uyğun qiymət siyasəti həyata keçirtmək əsla mümkün deyil. Hələ söhbət, Aİ-92-yə nisbətən az istifadə olunan benzin markalarından gedir. Belə ki, ölkədə yanacaq bazarında Aİ-95 ilə Aİ-98 cəmi 10% satış payına sahibdir. Odur ki, bu benzin markaları da nə vaxtsa daxildə istehsal olunmağa başlasa, onda ucuzlaşma baş verə bilər. O da yalnız bu şərtlə ki, ya istehsal ixraca da imkan yaratmalıdır, ya da daxildəki istehsaldan əlavə idxal da davam etdirilməlidir.
Indi də deyilir ki, H. Əliyev adına NEZ-in bu ilin oktyabrında əsaslı təmirə dayandırılacağı ilə əlaqədar Aİ-92 markalı benzinin istehsalına fasilə veriləcək. Və istehsalın dayandırılması səbəbindən Aİ-92 markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan idxal ediləcək. Bununla bağlı bu ay müvafiq saziş imzalanmalıdır. İdxal üçün isə ən əlverişli bazar Rusiya hesab olunur. Çünki bu, həm logistika, həm qiymət, həm də keyfiyyət baxımından sərfəli sayılır.
Sual yaranır ki, bəs, bu, Aİ-92-nin də daxili satış qiymətinin yüksəlməsinə gətirib çıxarmayacaq ki? Yuxarıda Aİ-95 ilə Aİ-98-lə bağlı vəziyyəti qeyd etdim. Və onu da yazdım ki, söhbət, hələ Aİ-92-yə nisbətən az istifadə olunan benzin markalarından gedir, yəni ölkədə yanacaq bazarında Aİ-95 ilə Aİ-98 cəmi 10% satış payına sahibdir.
Düzdür, qeyd edilir ki, Aİ-92 markalı benzinin idxalı daxili tələbatdan asılıdır. "Fikrimizcə, kiyafət qədər benzin ehtiyatı mövcuddur"- deyə, SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib. Ancaq yay mövsümündə daxildə "Ai-92" markalı benzinə tələbatın yüksək olacağı şübhəsizdir. Və istehlakın SOCAR rəsmilərinin düşündükləri kimi may ayı göstəricisi ilə eyni olacağı inandırıcı deyil. D. Məmmədov isə deyib ki, tələbat may ayındakı göstəricini üstələyərsə, bu markalı benzin idxal ediləcək.
Demək istədiyim budur ki, ölkəmizdə yanacağın, yəni benzinin qiymətinin ucuzlaşacağı deyil, ancaq yüksələcəyi təhlükəsi mövcuddur. Və bu, heç də neftin dünya bazar qiymətləri ilə əlaqədar baş vermir və verməyəcək də... Çünki bizdə, neftin dünya bazar qiymətləri daxildə yanacaq məhsullarının tariflərinə təsir göstərmir. Ona görə ki, birincisi, bu sahədə qiymətlər dövlət tərəfindən tənzimlənir, ikincisi isə, yanacaq məhsullarına daxildə tələbat böyükdür.
Yanacağın ucuzlaşmasını yalnız H. Əliyev adına NEZ-in modernləşdirilməsi işləri başa çatdıqdan sonra gözləmək olar. Belə ki, ondan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton, benzin istehsalı 2,2 milyon ton təşkil edəcək ki, istehsal olunan benzinin 25, dizel və təyyarə yanacağının 40%-inin ixrac ediləcəyi proqnozlaşdırılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar