Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gürcü liderlər TANAP-ın açılışına gəlmədi: Səbəb...

Baxılıb: 639     Tarix: 13-06-2018 10:28   

Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmaması qərarı son anda verilib.Qanunvehedef.az xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasına açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan deyib.
“Niyə son anda belə bir qərarın verildiyini bilmirəm. Gürcüstan tədbirdə səfir səviyyəsində təmsil edilib. Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirir. Biz hər zaman gürcüstanlı dostlarımızı Türkiyədə görmək istəyirik, lakin onlar Türkiyədə olmasalar belə, biz onların yaxınlığını hiss edirik”, - deyə o bildirib.
Qeyd edək ki, dünən TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Ümumiyyətlə, mərasimə Gürcüstandan yalnız səfir İrakli Koplatadze qatılıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar