Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Komitə açıqladı: Rüsum 10 faizə endirildi

Baxılıb: 692     Tarix: 13-06-2018 15:58   

2018-ci ilin 5 ayı ərzində Dövlət Gömrük Komitəsindən vergi və dövlət rüsumlarından büdcəyə 1 milyard 325 milyon 640 min manat daxil olub.
Qanunvehedef.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi, gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov deyib. O bildirib ki, komitənin qarşıya qoyduğu proqnoz 964 milyon 710 mindir.
Ə.Hüseynovun sözlərinə görə, ölkədə maksimum gömrük rüsumları 15 faiz təşkil edir və gömrük rüsumlarında artım müşahidə edilmir:
"Ümumiyyətlə məhsullara görə bu rüsumlar dəyişə bilir. Məsələn, məhsuldan asılı olaraq 100 manata 15%, 10 % gömrük rüsumu tətbiq edilə bilir. Tətbiq edilən maksimum gömrük rüsumu isə 15 faizdən çox deyil. Gömük rüsumları dərəcələrinə görə 3 qrupa ayrılır- advalor, spesifik və kombinə edilmiş. Sonuncu adından göründüyü kimi, əvvəl qeyd edilən hər iki dərəcə növünü özündə birləşdirir. Spesifik rüsumlar xüsusilə spirtli içki, tütün məhsulları, avtomobillərə tətbiq edilir. Digər məhsullara isə advalor rüsumlar tətbiq edilir".
Ə.Hüseynov kərə yağına qoyulan dövlət rüsumunun 15 faizdən 10 faizə endirildiyini də diqqətə çatdırıb.шаблоны для dle 11.2