Qənirə Paşayeva Tovuzun kəndlərində sakinlərlə görüşüb
Baxılıb: 559 Tarix: 17-06-2018 13:30
Millət vəkili Q. Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb, Ramazan bayrmlarını təbrik edib, qayğılarını dinləyib. Qanunvehedef.az xəbər verir ki, Qənirə Paşayeva sakinlərlə görüş zamanı Ramazan ayınının bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara bayramda Allahdan bütün dualarına çatmalarını diləyib. Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatı ilə bağlı öz qayğılarını və problemərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdə uşaqlara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb. Qənirə Paşayeva sakinlərə bayram hədiyyələrini və müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və onlara hər günlərinin bayram kimi keçməsini diləyib.
Ən çox oxunanlar
Son xəbərlər