Sürücü buna görə cərimələnə bilməz - Ekspert
Baxılıb: 595 Tarix: 19-06-2018 13:26
Sürücü görə bilmədiyi, qavramadığı yol nişanının müəyyən etdiyi qadağanı və ya qaydanı pozduğuna görə məsuliyyətə cəlb oluna bilməz.
Qanunvehedef.az xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov yol kənarında quraşdırılan "dayanmaq olmaz" nişanının ağacların arasında qalaraq görünməməsi səbəbindən avtmobilini həmin yerdə saxladığı üçün sürücünün cərimə edilməsindən danışarkən deyib.
Cərimələnən sürücü İstiqlaliyyət küçəsində yol kənarında avtomobillərin dayandığını nəzərə alaraq müvəqqəti olaraq həmin yerə park edib. Sürücü bildirib ki, park etməzdən öncə ərazidə saxlama-durmanı qadağan edən yol nişanının olub-olmamsına baxsa da, heç bir yol nişanı gözə dəyməyib. Bu səbəbdən avtomobilini orada saxlayıb. Lakin ağacların arasında gizlənmiş yol nişanına görə sürücü 20 manat cərimələnib.
Hüquqşünas Ə.Hüseynov bildirib ki, sürücü ona yazılan cərimə ilə bağlı şikayət edə bilər:
"Sürücüyə məsləhətim odur ki, şikayət etsin, görək onu araşdıranlar nə deyəcək? Şübhəsiz ki, sürücü görə bilmədiyi, qavramadığı nişanın müəyyən etdiyi qadağanı və ya qaydanı pozmaya görə məsuliyyətə cəlb oluna bilməz".
Ən çox oxunanlar
Son xəbərlər