Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elnarənin estetik mərkəzi bağlandı

Baxılıb: 544     Tarix: 20-06-2018 14:47   

Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanan kosmetoloq Elnarə Rzayevanın mərkəzi bağlanıb. Qanunvehedef.az  criminal.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərin vəkili Toğrul Allahyarov bildirib ki, mərkəzin bağlanmasından dünən xəbər tutub.
T.Allahyarovun sözlərinə görə, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi. 
Vəkil bildirib ki, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyünün və qeyri-yaşayış sahəsinin icarə elanı verilməsinin şahidi olub:
''Elnarə Rzayeva 3 ilə yaxın ''LA sisters'' mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra "LA sisters" rəhbəri tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra E.Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı.
Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam''.
Qeyd edək ki, Rzayeva haqda bir neçə şikayət var. Müştəriləri onun prosedurlarından şikayət ediblər. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar