Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

FES dolları bahalaşdırdı: manatı nə gözləyir? – Millət vəkili

Baxılıb: 602     Tarix: 21-06-2018 11:30   

Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata birbaşa təsir göstərməyəcək.
Bu sözləri Qanunvehedef.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qərarının manata təsiri ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda milli valyutanın qorunub saxlanılması üçün bütün şərtlər var:
“Yəni neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında dörd ayda müsbət saldo təxminən iki milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı tərəfindən pul kütləsinə nəzarət mexanizmi çox güclüdür. Hesab edirəm ki, uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsirsiz ötüşəcək. Manat elə indiki səviyyədə də qorunub saxlanılacaq”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) son iclasında uçot dərəcəsini 1,75-2,00% artırıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar