Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avtovağzal kompleksi yenidən qurulur - Foto

Baxılıb: 612     Tarix: 21-06-2018 12:20   

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən qurulacaq. Qurum kompleksin nəzərdə tutulan və tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat Qovşağı" layihəsini təqdim edib.
Bu barədə Qanunvehedef.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yenilikdən sonra kompleksdə şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzi yaradılacaq, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri təkmilləşdiriləcək, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkəti təmin ediləcək.
Həmçinin tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi də həyata keçiriləcək.
Bundan başqa kompleksdə yenidənqurmadan sonra maşınların Biləcəri dairəsinə daxil olmasının qarşısı alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması təmin ediləcək.шаблоны для dle 11.2