Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nüfuzlu maliyyə qəzeti SOCAR-ın Rumıniyadakı törəmə şirkətinin inkişafından yazdı

Baxılıb: 562     Tarix: 21-06-2018 14:00   

Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”ın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazıb.
AZƏRTAC-ın istinadən verdiyi xəbərə görə, məqalədə qeyd edilir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən, 309 milyon manat) təşkil edib.
Rumıniyada 39 yanacaqdoldurma məntəqələrinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqələrində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb. Bu isə 2016-cı illə müqayisədə 10 faiz artıq göstərici deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridiшаблоны для dle 11.2