Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakının bu ərazilərində qaz olmayacaq

Baxılıb: 704     Tarix: 21-06-2018 17:20   

Diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrləri arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar olaraq, bu gündən təmir işləri tamamlanana qədər Bakının Nəsimi rayonunun Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Qanunvehedef.az-a verilən məlumata görə, görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri sabah yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar