Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Meriya bağça rəzalətinə görə iki nəfəri işdən qovdu - Foto

Baxılıb: 573     Tarix: 23-06-2018 13:45   

Körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı səhlənkarlığa görə Əmək Məcəlləsinin 72 E bəndinə əsasən işdən azad ediliblərər.
Bu barədə Qanunvehedef.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən 31 saylı körpələr evində 1 yaş 6 aylıq İsmayılova Sara Hüseyn qızının üzünə dağ basılması ilə bağlı yayılan məlumat barədə açıqlama verərkən bildiriblər.
İcra Hakimiyyətindən vurğulanıb ki, azyaşlının üzünə dağ basılması ilə bağlı deyilənlər yalandır, əslində hadisə heç də elə olmayıb:
“31 saylı körpələr evində körpələr qrupunun azyaşlı körpəsi İsmayılova Sara Hüseyn qızını digər azyaşlı Hüseyn Əliyev Cəmil oğlu dişləyib. Körpələr evinin tibb bacısı uşağa ilkin olaraq su ilə kompres qoyub, sonra uşaq xəstəxanaya aparılıb. Ona orda ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72 E bəndinə əsasən işdən azad edilmişlər. Baxçanin müdirəsi İsmayılova Günay Malik qızına isə töhmət verilib”.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə Gəncədə yerləşən 31 saylı uşaq bağçasında Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi isə bu iddianı təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar