Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fəhlələrin “ölüm oyunu” fotosuna nazirlikdən - Reaksiya

Baxılıb: 581     Tarix: 27-06-2018 18:32   
Tikinti işlərini görən işçilərə xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələri verilməli, eyni zamanda, onların həmin fərdi mühafizə vasitələrindən istifadə olunmasına nəzarət həyata keçirilməlidir. Potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkən meydançalarının kənarları çəpərlənməlidir.
Bu sözləri Qanunvehedef.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı tikilməkdə olan göydələnin yuxarı mərtəbəsində iki fəhlənin təhlükəli şəkildə işləməsi barədə danışarkən deyib.
F.Talıbov vurğulayıb ki, tikinti işləri aparılan zaman işəgötürənlər ilk növbədə işçilərin həyat və sağlamlığının qorunması üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını yerinə yetirməlidir:
“Lift və digər təyinatlı şaxtaların üstü bağlanmalı, yüksəklikdə işləyən işçilər qoruyucu kəmərlərlə təchiz olunmalıdır. Yüksək təhlükə potensiallı iş sahələrində (həmçinin təhlükə yarana biləcək iş sahələrində) işə başlamazdan əvvəl işin təhlükəsiz aparılmasına cavabdeh vəzifəli şəxs tərəfindən naryad-buraxılış verilməsi və onun icrasına daimi nəzarət həyata keçirilməlidir”.
Nazirlik sözçüsü əlavə edib ki, kənar şəxsləri bədbəxt hadisələrdən qorumaq üçün tikinti meydançasının ərazisi hər tərəfdən hündürlüyü 2 m-dən az olmayan hasarla çəpərlənməlidir:
“Hündürlükdə hörgü işləri aparılarkən binanın bayır tərəfində bütün perimetr boyunca “Tikinti norma və qaydaları”nın tələblərinə müvafiq olaraq taxta lövhələrdən düzəldilmiş qoruyucu çətirlər vurulmalıdır. İşçilər ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinədən keçirilməlidir”.
F.Talıblı bildirib ki, bu gün aparılan təhlillər əməyin mühafizəsi tələblərinin daha çox pozulduğu, işçi ölümü və ya xəsarət alması ilə nəticələnən istehsalat qəzalarının daha çox baş verdiyi sahələrdən birinin tikinti sektoru olduğunu göstərir:
“Təbii ki, belə istehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparır və aidiyyəti üzrə tədbirlərin görülməsini təmin edir”.
Qeyd edək ki, Yeni Günəşlidə “Inci Residence Guneshli" MTK-nın inşa etdiyi göydələndə fəhlələrin təhlükəli şəraitdə işlənməsini əks etdirən görüntü sosial şəbəkələrdə yayılıb və bu, ciddi tənqid olunub.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar