Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xudaverdiyanın şirkəti Bakıda işə başladı: BNA çağırış etdi

Baxılıb: 625     Tarix: 28-06-2018 17:45   

Erməni əsilli Tiqran Xudaverdiyana məxsus “Yandeks” şirkəti artıq on gündür ki, Bakıda “Uber taksi” firması ilə əməkdaşlığa başlayıb.
Bu barədə Qanunvehedef.az-a taksi sürücüləri məlumat veriblər. Sürücülərin sözlərinə görə, artıq ötən ildən gündəmə gələn “Yandeks”lə “Uber” şirkətinin şərik işləməsi iki həftəyə yaxındır reallaşıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, qurum həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. O bildirib ki, həqiqətən də fakt doğrudursa, bu məsələdə vətəndaşlar da diqqətli olmalı və həmin taksi şirkətinin xidmətindən imtina etməlidir:
“Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə birbaşa və yaxud, dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq.
Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır”.
BNA sözçüsü əlavə edib ki, ölkə vətəndaşları da bu cür məsələyə bir qədər həssas yanaşmalıdır:
“Vətəndaşlar özləri də erməni əsilli şəxsin rəhbəri olduğu şirkətin xidmətindən imtina etməlidir”.
Qeyd edək ki, Vergilər Nazirliyi ötən il dekabr ayının birindən etibarən xarici taksi şirkətlərinin ödənişlərinin ƏDV-yə cəlb olunacağını bəyan etmişdi. Qanunla tənzimlənən dəyişiklik Vergi Məcəlləsinin 169.1-ci maddəsi ilə tətbiq edilir.
Vergilər Nazirliyinin sözügedən şirkəti ƏDV-yə cəlb etməsi inzibati təzyiqləri səbəbindən “Uber”i qiyməti yüksəltməyə məcbur etmişdi. Bu da xarici taksi şirkətlərinin yerli taksi şirkətlərilə rəqabətdə uduzaraq zamanla sıradan çıxmasına səbəb olmalıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar