Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Kapital Bank" BirKart Miles kartını təqdim etdi

Baxılıb: 614     Tarix: 02-07-2018 10:57   

"Kapital Bank" 28 iyun 2018-ci il tarixində yeni BirKart Miles kartının təqdimat mərasimini keçirib. Sözügedən kartlar vasitəsilə nağdsız ödənişlər etdikdə mil şəklində olan bonuslar toplanır və həmin milləri aviabiletə dəyişdirərək istifadə etmək mümkündür.
Bankdan Qanunvehedef.az-a verilən məlumata görə, təqdimat mərasimində "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Mastercard-ın regional meneceri Erdem Çakardan və digər rəsmi şəxslər iştirak edirdi. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri və şərtləri barədə ətraflı məlumat verilib.
BirKart Miles kartları həm debet kart şəklində, həm də kredit xətti şəklində müştərilərə təklif olunur. İllik qiyməti 35 manatdan başlayan BirKart Miles kartı aktivləşən kimi balansına hədiyyə olaraq 1500 mil əlavə olunur. Kartların müddəti maksimum 3 il olmaqla, AZN/USD/EUR valyutasında müştərilərə təklif olunur.
Kartlar üzrə hesabda mövcud olan şəxsi vəsaitlərə illik depozit faizi hesablanılır və mil şəklində toplanır. Kartlara həmçinin “Lounge Key” funksiyası da tətbiq edilib.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar