Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Bakının 5 rayonuna su verilişi bərpa olunub" - "Azərsu"

Baxılıb: 695     Tarix: 03-07-2018 16:39   

“Artıq Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa olunub. Kəmərin 25 quyusu bərpa edilib və mənbədən su emal olunaraq Bakı şəhərinə ötürülür. Yasamal, Səbail, Binəqədi, Xətai, Nizami rayonlarının bir hissəsinə su verilişini bərpa etmişik və bu istiqamətdə işlərimiz davam edir. Axşam saatlarına qədər anbarlara su vurularaq əhaliyə veriləcək”.
Bu məlumatı Qanunvehedef.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
A.Cəbrayıllı onu da əlavə etdi ki, sabahdan Bakı içməli su ilə tam təmin olunacaq.    
Qeyd edək ki, ötən gün Mingəçevir İES-ın yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında problem yaranıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar