(R) “Azertexnolayn”-dan daha bir uğur
Baxılıb: 666 Tarix: 04-07-2018 10:25
18 iyun 2018-ci ildə Belarusiyanın paytaxtı Minsk şəhərində, MDBİcraiyyə Komitəsinin binasında keyfiyyətli məhsul və xidmətlər sahəsində əldə olunmuş uğurlara görə MDB iştirakçı ölkələrinin müəssisələrinin mükafatlandırılması mərasimi keçirilib. Dövlətlərarası Standartlaşdırma Şurasının 2017-ci ildə həyata keçirdiyi müsabiqənin nəticələrinə əsasən MDB-nin İqtisadi şurasının üzvlərindən ibarət olan münsiflər heyəti tərəfindən “Sumqayıt Kimya Sənaye Parkı”-nda fəaliyyət göstərən “Azertexnolayn”( www.azertexnolayn.com ) şirkəti Polad Boru İstehsalı sahəsi üzrə keyfiyyətli məhsul və xidmət sahəsində əldə edilmiş uğurlarına görə MDB-nin ən nüfuzlu mükafatı ilə təltif edilmişdir. Bu mükafat sayəsində “Azertexnolayn” şirkəti 3 il ərzində öz məhsullarının üzərində MDB-nin mükafatı emblemini göstərmək hüququna, eyni zamanda bu ölkələrə birbaşa olaraq bu müddət ərzində heç bir sertifikat tələb edilmədən məhsul ixrac edə bilmə qabiliyyətinə malik olacaq. Bu da eyni zamanda ölkəmizin iqtisadi cəhətdən inkişafında öz müsbət təsirini göstərəcək.
Mərasimdə MDB iştirakçı dövlətlərinin təşkilat yanında daimi nümayəndələri, o cümlədən iştirakçı ölkələrin səfirlikləri, MDBİcraiyyə Komitəsini sədri və mükafata layiq görülən müəssisələrin nümayəndələri, eyni zamanda “Azertexnolayn” MMC-nin Direktoru Tofiq Məmmədov da iştirak etmişdir.
Xatırladaq ki, 2012-ci il fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan Ø 400 – 2000 mm diametrdə istehsal olunabilən polad borular, Ø 400 - 2400 mm diametrə qədər istehsal olunabilən Polad armaturlu Qofralı Kanalizasiya boruları, Ø 16 – 630 mm ölçülərində PE təzyiqli su və qaz boruları, paslanmaz metal hasar, Plastik fittinqlər və müxtəlif çeşidlərdə injeksiya məhsulları eyni zamanda, müxtəlif növdə və ölçüdə sənaye siyirtmələri, yanğın və suvarma hidrantları, quyu qapaqları, yağışsuyu barmaqlıqları və s. kimi hidrotexniki məhsullar və avadanlıqların istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi bu məhsulların dünya standartlarına uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə görə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə, eləcə də ətraf mühitin qorunması üzrə beynəlxalq inteqrəolunmuş idarəetmə standartlarına müvafiq və “Amerika Neft İnstutu”-ndan əldə olunan API 5L sertifikatlarına sahibdir.
Ən çox oxunanlar
Son xəbərlər